Rusiya Mariupolda təslim olanların


Siyasət 19 May 2022 08:44:00 245 0

Rusiya Mariupolda təslim olanların

Son sutka ərzində "Azovstal" zavodunda mühasirədə qalan 700-ə yaxın ukraynalı hərbçi təslim olub.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-polkovnik İqor Konaşenkov deyib.

"Mariupolda millətçi "Azov" bölməsinin döyüşçüləri və ukraynalı hərbçilərin təslim olması davam edir. Son sutka ərzində 694 nəfər təslim olub. Onların 29-u yaralıdır", - Konaşenkov bildirib.

Onun sözlərinə görə, son iki gündə 959 nəfər ukraynalı döyüşçü silahı yerə qoyaraq təslim olub. Onların 80-i yaralıdır. Yaralılardan 51-i müalicə olunmaq üçün Novoazovskdakı xəstəxanaya göndəriliblər.