Almaniya ərzaq təhlükəsizliyinə 4 milyard avro


Digərləri 19 May 2022 08:53:00 113 0

Almaniya ərzaq təhlükəsizliyinə 4 milyard avro

Almaniya dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə bu il 4 milyard avro ayıracaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-də ərzaq təhlükəsizliyinə dair keçirilən konfransda deyib.

"Almaniya bu il ərzaq təhlükəsizliyi üçün 4 milyard avro ayırır. Almaniya hakimiyyət orqanları bu maliyyə limitlərindən kənara çıxmağa hazırdır", - deyə nazir bildirib.

"Acı həqiqət ondan ibarətdir ki, qlobal ərzaq böhranı bir neçə saatda həll edilə bilməz. Aclığa səbəb olan bütün amillərə diqqət yetirməliyik", - deyə XİN rəhbəri bildirib.