Mədənin sekretor funksiyasının müayinə metodları


Digərləri 19 May 2022 08:55:00 105 0

Mədənin sekretor funksiyasının müayinə metodları

Mədənin sekretor funksiyasının müayinə metodları 1.Mərtəbəli manometriya Həzm traktının yuxarı şöbələrinin mərtəbəli manometriya metodikası kateterin yeridilməsi və təzyiq dəyişkənliyinin qeyd olunmasından ibarətdir.Kimyəvi reaktiv qastrirdə onikibarmaq bağırsaqda təzyiqin 200-240 mm.c.s.-a qalxması aşkar edilir. 2.Helikobakter pylorinin aşkar edilməsi Helikobakter pylorini aşkar etmək üçün mövcud olan bütün diaqnostik testləri şərti olaraq iki qrupa bölmək olar: - invaziv - qeyri-invaziv Helikobakteri pylorini həm mədə möhtəviyyatının bioptatlarında,həm də nəcisdə yoxlamaq olur.Morfoloji və ureaz vasitəsilə yoxlanıldıqda helikobakterini hər zaman təyin etmək mümkün olmur. 3.İnvaziv testlər Bu müayinə üçün mədə selikli qişasının biopsiyası ilə müxtəlif müayinələr keçirilir.Bu zaman 4 biotat götürülür və Helikobakter pylorinin üç metodu tətbiq edilir: * bakterioloji * morfoloji(sitoloji,histoloji) * biokimyəvi 4.Bakterioloji metod Bu müayinə üsulu zamanı bioptatı genişləndirirlər,selektiv qidanı mühitə əkirlər və onu 37* tempraturda makroaerofil şəraitdə yetişdirirlər.Bundan sonra bitən bakteriyanın identifikasiyası həyata keçirilir.Bioptatda hətta tək-tək bakteriyanın olması bir-neçə koloniyanın birləşməsinə gətirib çıxarır ki,bu da dəqiq diaqnozun qoyulmasına səbəb olur. 5.Morfoloji metod Morfoloji müayinənin spesifikliyi bioptatda digər bakteriya növünün olmasından və Helikobakteri pylori bakteriyasının miqdarından asılıdır. 6.Biokimyəvi metod Bu zaman mədənin selikli qişasının bioptatını sidik cövhərinə malik maye və ya gelə bənzər mühitdə inkubatorla birgə inkubasiya edirlər.