Ukrayna Polşadan 25 min ton


Digərləri 19 May 2022 08:22:00 142 0

Ukrayna Polşadan 25 min ton

Ukrayna Polşa ehtiyatlarından 25 min ton benzin alacaq.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko Polşanın iqlim və ətraf mühit naziri Anna Moskova ilə görüşü zamanı bildirib.

Birgə mətbuat konfransı zamanı Yuliya Sviridenko qeyd edib ki, müharibədən əvvəl Ukraynanın yanacağının 97 faizi Rusiya və Belarusdan verilirdi. Bu gün bu istiqamətlər bağlıdır, üstəlik, ruslar Kremençuq neftayırma zavodunu dağıdıblar, bu səbəbdən Ukraynada yanacaq qıtlığı yaranıb.

İqtisadiyyat naziri onu da qeyd edib ki, Polşanın yardımı çərçivəsində yanacaq bazarında tarazlıq yaratmaq üçün Ukraynaya 25 min ton benzin göndəriləcək. Ukrayna bu resursları gələn həftənin əvvəlindən alacaq.