Metroda daha bir qatarda problem yarandı


Digərləri 18 May 2022 23:07:00 180 0

Metroda daha bir qatarda problem yarandı

Metronun "Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Son.az-a açıqlamasında bildirib ki, dərhal köməkçi qatar təyin edilib.

"Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var", - B. Məmmədov deyib.