Çavuşoğlu: “Türkiyəyə “F16”ların verilməsi ilə bağlı danışıqlar müsbət məcrada davam edir”


Dünya 18 May 2022 23:52:00 179 0

Çavuşoğlu: “Türkiyəyə “F16”ların verilməsi ilə bağlı danışıqlar müsbət məcrada davam edir”

Türkiyənin xarici işlər naziri ABŞ-a səfəri çərçivəsində Türkiyəyə silah satışı, xusüsən də, "F-16" qırıcılarların verilməsi ilə bağlı müzakirələr aparıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə nazir mətbuata açıqlamasında deyib.

Diplomat qeyd edib ki, proses müsbət şəkildə davam edir.

Bundan əlavə, Çavuşoğlu Türkiyə-İsrail münasibətləri, Yunanıstan və Kiprlə bağlı məsələləri amerikalı həmkarı Entoni Blinkenlə də müzakirə edərək, ABŞ-ı bu məsələlərdə real şəkildə tərəfsiz olmağa çağırıb.