“Onun sükan arxasında yatması inandırıcı deyil"


Şou-biznes 18 May 2022 16:48:00 170 0

“Onun sükan arxasında yatması inandırıcı deyil"

"Ailəsi Gəncədə Aslanın məzarını ziyarət edib qayıdır, yoldadırlar. Bu gün mən də Gəncəyə gedəcəkdim, amma başqa bir adam rəhmətə getdi deyə gedə bilmədim. Aslan həmişə xatırlanır, yaddan çıxmır, o unudulmayan bir insandır"

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında müğənni Sevda Kazımova yaxın dostu mərhum Aslan Hüseynov haqqında danışarkən deyib. S.Kazımova daha sonra Aslanla bağlı xatirələrini bizimlə bölüşüb:

"Aslanın gülümsəməyi, səmimiyyəti unudulmur. Onun şəklinə baxanda ancaq ağlayıram. Biz Aslanla çəkilişlərdə tanış olduq və sonradan dosta çevrildik. Ona görə onunla yaxınam ki, Aslan bizim Sumqayıtdakı evə də gəlirdi, elə olurdu yatırdı qalırdı. Hara getsə, bizə də gəlirdi. Ailəsiylə də çox yaxın olmuşuq və məni çox bəyənib, qəbul ediblər. Aslan kimi yaxın dostum olmayıb, onun səmimiyyəti bir başqa idi. Artıq mayın 4-də Aslanın ildönümü qeyd olundu. Bu gün isə doğum günüdür". 

S.Kazımova Aslan Hüseynovun qəzaya düşməsi haqqında da danışıb:

"O görüntülər Aslanın yol qəzasına düşdüyü video deyil. Maşında bir videosu var idi, o da yoxa çıxdı. Ailəsi isə qəzanın qəsdən törədildiyinə inanmır. Amma inandırıcı deyil ki, Aslan sükan arxasında yatsın və bu hadisə baş versin. O, çox ağıllı adam idi və hər kəsin cavabını verəcək gücü var idi. Anası dünyasını dəyişəndən sonra o gücdən düşdümü, ürəyi çox ağrıyırdı, bilmirəm. Aslan maşının ustaya qoyanda bir neçə avadanlığını da çıxarmışdılar. Onun sükan arxasında yuxusu gələrsə, o maşını saxlamalıydı".