Daha 5 ölkədən quşçuluq məhsulların idxalı məhdudlaşdırılıb


Digərləri 18 May 2022 10:36:00 101 0

Daha 5 ölkədən quşçuluq məhsulların idxalı məhdudlaşdırılıb

Daha 5 ölkədən quşçuluq məhsullarının idxalı və ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Son.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İndoneziyanın Açeh və Cava-Timur əyalətlərində dabaq, İsveç Krallığının Skane əyalətində Nyukasl, Bolqarıstanın Qabrovo vilayətində, Amerika Birləşmiş Ştatlarının Yuta ştatında, Filippinin İsabela, Cənubi Davao, Cənubi Kotabato və Maqindanao əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İndoneziyanın Açeh və Cava-Timur əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən İsveç Krallığının Skane əyalətindən, Bolqarıstanın Qabrovo vilayətindən, Amerika Birləşmiş Ştatlarının Yuta ştatından, Filippinin İsabela, Cənubi Davao, Cənubi Kotabato və Maqindanao əyalətlərindən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarından, İsveç Krallığından, İndoneziya, Filippin və Bolqarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.