"GTA"nın smartfonlarda çıxması vaxtı təxirə salınıb


Digərləri 18 May 2022 09:36:00 118 0

"GTA"nın smartfonlarda çıxması vaxtı təxirə salınıb

"Take-Two" şirkəti smartfonlarda "Grand Theft Auto: The Trilogy" oyun toplusunun çıxması təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə "VGC" nəşri xəbər verib.

Məlumata əsasən, jurnalistlərin "Take-Two" şirkətinin cari maliyyə hesabatının araşdırmasına əsasən "Grand Theft Auto: The Trilogy - The Definitive Edition" toplunun buraxılışı 2022-ci ilin sonuna qədər baş tutmayacaq.

Şirkət bildirib ki, oyunun "iOS" və "Android" smartfonlarında çıxması 2023-cü il martın 31-də başa çatacaq cari maliyyə ilinin sonuna qədər olacaq.