"SpaceX" şirkətinin raketi yeni "Starlink" peykləri qrupu ilə orbitə çıxacaq


Dünya 18 May 2022 09:48:00 174 0

"SpaceX" şirkətinin raketi yeni "Starlink" peykləri qrupu ilə orbitə çıxacaq

"Falcon 9" ağır raket daşıyıcısı "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qruplaşmasının artırılması üçün 53 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Buraxılış cümə günü ABŞ-ın şərq sahili vaxtı ilə saat 06:20-də Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzinin 39A buraxılış kompleksindən baş tutacaq.