Yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirib?


Digərləri 18 May 2022 09:54:00 115 0

Yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirib?

Son günlər yağan yağışlar Ceyranbatan su anbarında suyun çirklənməsinə səbəb ola bilməz.

Bunu Trend-ə açıqlamasında "Azərsu" ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib.

O qeyd edib ki, Ceyranbatan su anbarı Taxtakörpü su anbarından gələn su ilə qidalanır.

"Yağış suları Ceyranbatan su anbarını çirkləndirə bilməz. Belə bir hal müşahidə olunmur. Yalnız güclü küləklər nəticəsində xam suyun bulanıqlıq və bakteroloji göstəriciləri dəyişə bilər. Ancaq su emal olunduqdan sonra heç bir təhlükə kəsb eləmir", - deyə o bildirib.