Bu ölkə Ukraynaya saxlama müddəti bitmiş dərman göndərib


Dünya 18 May 2022 08:49:00 161 0

Bu ölkə Ukraynaya saxlama müddəti bitmiş dərman göndərib

Martda Belçikanın Ukraynaya göndərdiyi dərman və tibbi ləvazimatın böyük hissəsinin yararlılıq müddəti cəmi 3 həftə sonra başa çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bu faktı "Het Laatste Nieuws" qəzeti ortaya çıxarıb.

Məlum olub ki, münaqişənin ilk günlərində Belçika Ukraynaya 3,4 milyon avroluq dərman və tibbi ləvazimatı yollayıb.

Lakin dərmanların 20, ləvazimatın isə 10%-ni istifadə etmək mümkün olmayıb. Çünki onların son istifadə tarixi təyinat yerinə çatdıdan 2-3 həftə sonra bitib. Məhsulların böyük qisminin saxlama müddətinin bitməsinə isə bir neçə ay qalıb.

Üst-nin standartına görə, saxlama müddətinin bitməsinə azı 1 il qalmış dərman və tibbi ləvazimatın yardım kimi göndərilməsinə iczaə verilir.