Azərbaycanın ən yaxşı top modelləri


Şou-biznes 17 May 2022 17:23:00 112 0

Azərbaycanın ən yaxşı top modelləri

Bakıda "The Orange Grove"da "Miss & Mister Top Model Azerbaijan 2022" top modellərin milli müsabiqəsinin finalı keçirilib.

Son.az xəbər verir ki, aparıcıları Tural Ələkbərov və Minarə Allahverdiyevanın olduğu gecənin qonaqları sırasında Yuliya Topçi, Mərdan Kazımov, reperlər Əslixan və KQB, Mc Karim, Mad Huskies və DJ Maxs da yer alıb. Onların iştirakı ilə konsert proqramı təqdim olunub.

Təşkilatçıları Əli Rzayev və İnam Quliyevin olduğu yarış altı ay ərzində 27 qız və oğlanın iştirakı ilə keçirilib. İştirakçılar kastinq, seçmə mərhələ, açılış partisi və nəhayət final mərhələsindən keçiblər. Finalçıların xoreoqrafları Luiza Madkazina və Nicat Ələkbərlidir.

Müsabiqənin rəsmi www.topmodel.com.az saytında onlayn səsvermənin nəticələrinə, habelə münsiflər heyətinin üzvlərinin xallarına əsasən yekunda Aysel Əlizadə və Timur Samsonov qalib elan ediliblər. Finalçılar da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.