Məşhur aktyor donor tapa bilmir Xoşqədəm Hidayətqızı müraciət etdi


Şou-biznes 17 May 2022 14:54:00 153 0

Məşhur aktyor donor tapa bilmir  Xoşqədəm Hidayətqızı müraciət etdi

ARB TV-nin "Səni Axtarıram" verilişinin aparıcı Xoşqədəm Hidayətqızı donor tapa bilməyən aktyor Elvin Əhmədovun qohumlarına səslənib: "Sizi göydəki Allaha, sevdiklərinizə and verirəm. Mən həkimdən soruşdum ki, analiz üçün Elvinin qohumlarından kim gəlib, "heç kim" dedi. Əgər qohumlar analiz üçün Elvinin öz həkiminə müraciət etsə, gənc aktyoru xilas etmiş olacaqlar". Qeyd edək ki, Aktyor Elvin Ağayev qaraciyər serrozundan əziyyət çəkir və vəziyyəti olduqca ağırdır. Aktyor yaxın zamanda donor tapa bilməsə həyatını itirəcək.