Rusiya ordusu zərbələrdən


Siyasət 17 May 2022 09:24:00 163 0

Rusiya ordusu zərbələrdən

Hazırda Rusiya Federasiyasının Ukraynada 106 batalyon-taktiki qrupu (BTQ) var.

Son.az Bloomberg-ə istinadən bildirir ki, Rusiya Federasiyasının Ukraynadakı ən böyük qruplaşması cənubdadır. 50 BTQ-dən ibarət həmin qruplaşma qərbdən Xerson, şərqdən isə Mariupolla hüdudlanıb.

Rusiya Federasiyasının Silahlı Qüvvələrində toplam olaraq 170 BTQ mövcuddur.

Hər BTQ təqribən 600-800 zabit və əsgərdən ibarətdir. Onlar 10 tank və 40 PDM (piyadaların döyüş maşını) ilə təchiz olunublar.

Ukraynada fevralın 24-də müharibə başlayandan bəri ağır zərbələr alan Rusiya ordusunun yeritdiyi hissələr xeyli zəifləyib. İstisnasız olaraq bütün hərbi birliklərdə və hissələrdə ciddi həxsi heyət və texnika çatışmazlığı müşahidə olunur.