Finlandiya parlamentində NATO müzakirələri


Siyasət 17 May 2022 08:53:00 120 0

Finlandiya parlamentində NATO müzakirələri

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qanunverici orqanın saytında məlumat verilir.

Qeyd olunur ki, debat 14 saatdan çox davam edib, bu zaman ərzində 212 çıxış dinlənilib.

Məsələ baxılması üçün Xarici Əlaqələr Komitəsinə verilib. O, hökumətin təşəbbüsünə cavab hazırlayacaq.