Türkiyə ordusu 10 terrorçunu


Siyasət 17 May 2022 08:03:00 106 0

Türkiyə ordusu 10 terrorçunu

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında on YPG yaraqlısını zərərsizləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, silahlılar "Sülh bulağı" və "Zeytun budağı" əməliyyatlarının keçirildiyi ərazilərdə terror aktları hazırlayıblar.

Qurum bildirir ki, Türkiyə Silahlı Qüvvələri bölgədəki təhdidləri aradan qaldırmağa davam edəcəklər.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə minlərlər Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.