Latviya Rusiyadakı konsulluqlarını bağladı


Dünya 17 May 2022 08:14:00 286 0

Latviya Rusiyadakı konsulluqlarını bağladı

Latviyanın Sankt-Peterburqdakı baş konsulluğu və Pskovdakı konsulluğu işini dayandırıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Latviyanın Rusiyadakı səfiri Maris Riekstins deyib.

"Bu gündən etibarən Latviyanın Pskovdakı Konsulluğu və Sankt-Peterburqdakı Baş Konsulluğunun işinə xitam verilib", - Riekstins bildirib.

Səfir əlavə edib ki, Latviyanın Moskvadakı səfirliyinin konsulluq bölməsində konsulluq xidmətlərinin göstərilməsi davam edir.