Şimali Koreyada 270 minədək yeni
Dünya 17 May 2022 08:23:00 116 0
Şimali Koreyanın Milli Fövqəladə Hallar İdarəsi son sutka ərzində ölkədə 269 min yeni koronavirusa yoluxma halının aşkarlandığını açıqlayıb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, daha altı vətəndaş infeksiya nəticəsində dünyasını dəyişib. Beləliklə, hazırda ölkədə ölənlərin ümumi sayı 56-dır.
Agentliyin məlumatına görə, aprelin sonundan mayın 16-dək ölkədə 1,48 milyon nəfərdə yoluxma faktı qeydə alınıb, onlardan 819 mini sağalıb, 663 mini hazırda müalicə olunur.
Mənbə: milli.az