İraqda qum fırtınası oldu, minlərlə insan xəstəxanaya


Dünya 17 May 2022 08:24:00 116 0

İraqda qum fırtınası oldu, minlərlə insan xəstəxanaya

İraqda səhər saatlarında güclü qum fırtınası yenidən başlayıb. Bütün ölkəni əhatə edən qum fırtınası səbəbindən boğulma riski ilə üzləşdikləri üçün xəstəxanalara müraciət edənlərin sayı 4000-ə çatıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda İraq Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fırtınaya görə Beynəlxalq Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.