BMT Şimali Koreyaya köməyə


Dünya 17 May 2022 07:35:00 128 0

BMT Şimali Koreyaya köməyə

BMT koronavirusun yayılması ilə bağlı KXDR-ə kömək etməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Şimali Koreyanın rəhbərliyi ilə hələlik heç bir əlaqə yoxdur.

Qeyd edək ki, Şimali Koreyada son 24 saat ərzində daha 8 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 50-yə çatıb.