Bağışlamağı bacara bilən adam olub olmamağınızı test vasitəsilə yoxlayın


Digərləri 17 May 2022 07:41:00 159 0

Bağışlamağı bacara bilən adam olub olmamağınızı test vasitəsilə yoxlayın

İnsanlar ətrafdakılarla münasibətdə həmişə yaxşı ola bilmir. Bəzən biz ətrafdakılara qarşı kin və qəzəb bəsləyirik. Bu hiss yəqin ki, sizə çox tanışdır. Bəs sizə qarşı pislik edən birini bağışlaya bilirsinizmi? Bunu öyrənmək üçün aşağıdakı testdən keçin və özünüzü tanıyın. 1. Birisi sizin ayağınızı tapdalayarsa o zaman siz nə edərsiniz? a əgər üzr istəsə gülümsəyərəm b ona diqqətli olmasını deyərəm c onu itələyərəm d onun ayağğını tapdalayaraq cavab qaytararam 2. Sevgiliniz sizi atdıqdan bir il sonra sizi öz toyuna dəvət edərsə o zaman nə edərsiniz? a bu normal şey deyil, axmaqlara xas xüsusiyyətdir deyərəm b bu nə cəsarətdir deyərəm c mən onun əvəzinə sevinərəm d birinin bədbəxtliyi digərinin xoşbəxtliyi üzərində qurulur deyərəm 3. Sizin ən qəddar düşməniniz sizinlə məktəbdə və ya iş yerində rastlaşan zaman sizinlə söhbət edərsə neyləyərdiniz? a heç nəyə baxmayaraq özünü rahat hiss edərdim b ona ən pis həmsöhbət kimi yanaşardım c ona gülümsəyərək ağzının içərisinə baxardım d Onun üzünə baxaraq etdikləri bəs deyil, indi də qarşıma çıxıb dost kimi davranırsan deyə düşünərdim. 4. Siz son beş ildə sizi arayıb-axtarmayan köhnə dostunuzu görsəniz nə edərsiniz? a əlimə fürsət düşdü deyə onun məni niyə axtarmamasını soruşardım b əsas bizim gec də olsa görüşməyimizdir deyə düşünərdim c əlaqələri müzakirə etməkdənsə ölməyi düşünərdim d beş il necə gəlib keçdi, heç hiss eləmədim deyərdim 5. Sizin həyat yoldaşınız sizə gələn məktubları oxuyarsa o zaman nə edərdiniz? a Sən təsadüfən mənim ciblərimə baxmısan?-deyə soruşardım. b Bu mənasız bir məktubdur deyə düşünərdim. c Sən mənim məktublarımla maraqlanma, öz işlərinə bax! deyərdim. d Bundan sonra sənə necə etibar edərəm? deyərdim. 6. Sizin işsiz qardaşınız sizin pullarınızı boş yerə xərcləyərsə o zaman nə edərsiniz? a Onu mədəni yolla yerində otdurardım. b Partlamağa hazır vəziyyətdə olardım. c Öz - özümə bunun hansı səbəbdən baş verdiyini öyrənməyə çalışardım. d Onu başa düşməyə çalışardım. 7. Sizcə bağışlamaqda ən çətin nədir? a başqasının taleyini həll eləmək b təzə səhifə açmaq c səhvi başqasının üstünə atmaq d əsəbini başqasından çıxrmaq 8. Keçmişdə sizə zərərə vermiş biri sizdən bağışlanmağını istyərsə nə edərsiniz? a əsəbləşərdim b qəzəb duyardım c onu başa düşərdim d onu başa dinləməzdim 9. Kobud və pis xasiyyətli bir müəlliminizin öldüyünü eşitsəniz nə düşünərdiniz? a Dünyada haqq-ədalər var - deyə düşünərdim. b Ona yazığım gələrdi. c Mən ölmək istəmirəm - deyərdim. d Onun çatışmazlığını hiss edəcəyən deyərdim. 10. Ən qəddar düşməninizə hansı sözləri demək istyərdiniz? a Mənə etdiklərinin sənin də başına gəlməsini arzulayıram - deyərdim. b Ömümü elə apararam ki, bir də mənə pislik edə bilməsin. c Ürəyimin dərinliyində onun başqa adam ola biləcəyini düşünərdim. d Onu görmək istəmirəm - deyərdim Topladığınız ballara uyğun olaraq nəticələrinizi yoxlayın. Suallar - a- b- c - d 1. 4 - 2 - 3 - 1 2. 1 - 2 - 3 - 4 3. 3 - 1 - 2 - 4 4. 2 - 3 - 1 - 4 5. 4 - 3 - 2 - 1 6. 2 - 1 - 4 - 3 7. 3 - 2 - 1 - 4 8. 1 - 4 - 2 - 3 9. 4 - 3 - 2 - 1 10. 1 - 2 - 3 - 4 10-17 bal Heç vaxt bağışlamaram. Bu qədər bal toplayanlar bağışlamağı bacarmayanlardır. Onlar pərt olduqları zaman qarşılarında duranları heç vaxt bağışlamırlar. Siz keçmişdə başınıza gələnləri xatırladıqca daha da əsəbləşir və qəzəbli olursunuz. Bu isə sizin emosiyalarınıza sahib ola bilməməyinizi bildirir. Məsləhət Sakitləşməyə çalışın, əsəblərinizə hakim olun və işinizlə məşğul olmağa çalışın. Ürəyinizdə daşıdığınız yük sizə ağırlıq edib gələcəyinizi əlinizdən ala bilər. 18-24 bal Addım-addım bağışlamağa doğru gedirəm. Siz bağışlamağı bacaran bir adamsınız, amma, buna addım -addım can atırsınız. Sizə pislik edən adama siz cavab verərsə və bunu eyni sürətlə edirsiniz. Siz əsəbləşib hissinizi bayıra tökdükdən sonra sakitləşə bilən adamlrdansınız. Başınıza gələn hadisələrdən dərs çıxararaq dərs almaq sizin yaxşı xüsusiyyətlərinizdən sayılır. Bu səbəbdən də siz hər zaman həyatınızda yeni səhifə açmağa hazır ola bilən birisiniz. Məsləhət Həmişə bu cür qalın. Siz bacardığınız bütün yaxşı yolda düz addımlayın. 25-31 bal Siz kimsənin xətrinə dəyən biri deyilsiniz. Siz xırda hisslərlə yaşayan biri deyilsiniz. Sizə pisılik edən adamlara qarşı sizin heç bir şikayətiniz, qəzəbiniz yoxdur. Siz qisas hissi ilə yaşayan biri deyilsiniz və heç kimə qarşı kinli niyyətiniz yoxdur. Sizə edilən hər bir günahı istənilən anda bağışlaya biləb birisiniz. Şəxsi hisslərinizə qalib gələ bilən adamsınız və bunu öhdəsindən asanlıqla gələ bilirsiniz. Məsləhət Öz əsəblərinizə hakim olub eyni vəziyyətdə qalmağa çalışın. Sizi istəməyənlərin qarşınızda dik durmağa çalışın. Çünki, hamını etdiyi səhvlərə görə bağışlamağa çalışmalısınız, sizin olanlarla barışmanız lazımdır. 32-40 bal Bəzifəsinə görə bağışlamaq Siz qarşınızdakının səhvini bağəşladıqca qarşınıza yeni işlər çıxacaq. Çünki, sizin sözlərinizlə əməlləriniz fərqlidir. Sizin hissələrinizlə emosiyalarınız çox fərqlidir. Belə ki, siz üzdə sizə pislik edən adamı bağışlayırsınız, amma, ürəyinizdə ona qarşı olan kininiz qalır. Buna siz həyat normalarınıza davam etmək üçün, əhvalınızın daha da artıq korlanmaması üçün razı olursunuz. Bu sizi ətrafdakılara qarşı xeyirxah və hər şeyi anlaya bilən bir adam kimi tanıdır. Sizin bu xüsusiyyətiniz özünüz üçün çox zərərlidir. Çünki, siz xaricdə sakit görünməyə çalışırsınız, amma, daxilinizdə isə intiqam hissi var. Siz də bəziləri kimi ürəyinizdən keçənləri qarşınızda olan adamlara demək istəyirsiniz, amma, özünüzü zorla saxlayırsınız. Bu səbəbdən də üzdə bir cür görünürb, ürəkdə isə başqa cür düşünürsünüz. Məsləhət Nə hiss etdiyinizi anındaca qarşınızdakı adama deyin. Bu sizi rahatlşdıracaq və ürəyinizdə intiqam hissi olmayacaq.