Pakistanda partlayış:


Dünya 17 May 2022 07:05:00 135 0

Pakistanda partlayış:

Pakistanın cənubundakı Karaçi limanında partlayış baş verib, polislər də daxil olmaqla ən azı 13 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış Sind əyalətinin Cinnah yolu yaxınlığında baş verib və əsas hədəf polis avtomobili olub.

Polis ilkin araşdırmaya görə, partlayıcı maddənin motosikletə yerləşdirildiyini bildirib.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri və xilasetmə qrupları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar, yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.