Uşaqlara alınan çoxlu oyuncaqlar ziyandır


Digərləri 17 May 2022 04:03:00 194 0

Uşaqlara alınan çoxlu oyuncaqlar ziyandır

Çoxlu oyuncaqlar uşağa zərərlidir.

İmmunitet.az xəbər verir ki, aparılan araşdırmalar bunu təsdiq edib.

Xarici mətbuatda yayılan məlumata görə, yeriməyə başlayan uşaqların həddindən çox oyuncağının olması onların standart oyun keyfiyyətlərini aşağı salır.

Məlumatda bildirilir ki, az oyuncağı olan uşaqlar daha yaradıcı olurlar. Araşdırma aparan terapevtlər təcrübə üçün iki uşaq qrupuna nəzarət ediblər. İlk qrupdakı uşaqlara 4 ədəd oyuncaq, ikinci qrupdakı uşaqlara isə 16 oyuncaq verilib. Nəticədə az oyuncağı olan uşaqlar oyuncaqları ilə daha uzun müddət bir-birindən fərqli yollarla oynayıblar.