“Marvel”in pərəstişkarlarını “axmaq” adlandırdı


Dünya 17 May 2022 04:22:00 114 0

“Marvel”in pərəstişkarlarını “axmaq” adlandırdı

Rejissor Qaspar Noe "Marvel" filmlərini kəskin tənqid edib və onların tamaşaçılarını "axmaq" adlandırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "bu, belə bir sualı vermək kimidir: Hitler nasist Almaniyasını yaratdı, yoxsa nasist Almaniyası Hitleri yaratdı? Sizcə, "Marvel" filmləri amerikalıları axmaq edir, yoxsa Amerika cəmiyyəti o qədər axmaqlaşır ki, onların zehninə uyğun filmlərə ehtiyac yaranır?" - deyə rejissor bildirib.

Qeyd edək ki, fransız mənşəli argentinalı rejissor Noe öz qalmaqallı əsərləri ilə tanınır. O, dəfələrlə aparıcı beynəlxalq film festivallarının müsabiqə proqramlarının iştirakçısı olub.