Uşaqlara vitamin verilməlidir?


Digərləri 17 May 2022 03:03:00 147 0

Uşaqlara vitamin verilməlidir?

Mütəxəssislər həkim təyinatı olmadan uşaqlara vitamin verən valideynlərə xəbərdarlıq edib.

İmmunitet.az xəbər verir ki, gərəksiz yerə istifadə edilən vitamin uşağa faydadan çoz zərərdir.

Türkiyəli pediatr Süha Ünüvar, bəzi mineralların qəbul edilməsini vacib bilib.Ancaq ehtiyac olmadan istifadə edilən vitaminlərin istifadəsini isə yanlış addım kimi dəyərləndirib. Onun sözlərinə görə, kalsium, maqnezium, potasium kimi vacib mineralların ana südündə olduğunu və uşağın avtomatik olaraq bunlarla qidalandığını bildirib:

"Mineral əksikliyi baş verən şiddətli ishal zamanı meydana çıxır. Əgər bir problem yoxdursa vitaminlərin əlavə verilməsinə də gərək yoxdur. Ancaq sadəcə ana südü ilə qidalanan körpələrə dəmir vitamini verilə bilər. Çünki bu, ana südünün tərkibində azdır".

Hər vitaminin xüsusi vəzifəsi olduğunu qeyd edən pediatr 0-1 yaş qrupundan olan uşaqlara D vitamininin verilməyini vacib hesab edib.