Limonu baş ucunuza qoyun... İnanılmaz faydalar


Digərləri 16 May 2022 23:35:00 167 0

Limonu baş ucunuza qoyun...  İnanılmaz faydalar

Limonun necə faydalı bitki olduğu hər kəsə məlumdur. İlk olaraq C vitamini mənbəyidir və xəstəliklərə qarşı qoruyucu qidadır.

Bəs yatarkən yanınıza limon qoymağın faydasından xəbərdarsınızmı?

Son.az medicina.az-a istinadən limonun xeyirlərindən bir neçəsini təqdim edir:

Stress bir çox insanın ümumi problemidir. Yataqda yuxuya gedə bilməməyinizə səbəb olur. Şkafın üzərinə limon qoysanız, gərginliyinizi alaraq sizə sakitlik bəxş edəcək. Araşdırmalara görə, limon qoxusu beyin dalğalarını və duyğularını rahatladır.

Limon bəlaya çevrilən, yatmağınıza mane olan ağcaqanadların ətrafınızda gecə boyu dolaşmasının, sizi dişləməsinin qarşısını alacaq. Limona batırılan mixək isə həm otaqda gözəl qoxunun yaranmasını təmin edəcək, həm də istənilməyən həşəratların sizdən uzaq durmasına kömək edəcək.

Səhərlər yuxudan oyanmaq bir çoxları üçün əzablı anlardır. Limonu baş ucunuza qoymaqla isə oyanma müddətini daha aza endirmiş olacaqsınız, həmçinin, səhər enerjinizin artdığını hiss edəcəksiniz.

Limon dilimləri otağın havasını da təmizləyir. Hətta otaqda olan boya qoxusunun tez zamanda çıxmasını istəyirsinizsə, bu, əla vasitədir