Bakıda hamilə qadın avtobusda


Digərləri 16 May 2022 22:03:00 89 0

Bakıda hamilə qadın avtobusda

Bakının Suraxanı rayonunda qadın baldızı tərəfindən döyülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı qəsəbəsi ərazisində baş verib.

184 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusda 1993-cü il təvəllüdlü Məmmədova Həcər Fərrux qızı baldızı ilə mübahisə edib. Mübahisə zamanı baldızı onun hər iki qolunu dişləyib. Daha sonra zərbələr endirib. Yaralı hər iki saitin cırılmış yarası və döş qəfəsinin küt ravması diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, H.Məmmədova hamilədir.

Faktla bağlı hüquq mühafizə orqanına məlumat verilib.