“Ayətulkürsü”nün 50 bərəkətli kəlməsi


Digərləri 16 May 2022 21:20:00 99 0

“Ayətulkürsü”nün 50 bərəkətli kəlməsi

"Ayətul-kürsü"də 50 kəlmə vardır ki, hər birinin bərəkəti vardır. Quranın hər bir ayəsinin xüsusi məqamı vardır və bəziləri başqa ayələrdən üstündür. Ancaq bəzi ayələrin xüsusi nuru olur və açar rolunu oynayırlar.

Onlara "Ğurəril ayət" deyirlər. Mənası "nur saçan və mühümdür" deməkdir.

Bəzi ayələr Quranda açar rolunu oynayır və onun vasitəsilə başqa ayələri dərk etmək olur. Bu ayələrdən biri də "Ayətul-kürsü"dür.

Əllamə Təbatəbainin nəzərincə "Ayətul-kürsünün" ən mühüm xüsusiyyəti odur ki, "ğurər" ayələrdəndir. İslamın bütün məsələləri: əqaid, əxlaq, əhkam və hüquq tövhidə qayıdır. Bu ayə də tövhid ayələrindəndir.

Tövhid bütün maarif və layiqli əməllərin bünövrəsidir. Ona görə də bu ayələr açar rolunu oynayan ayələrdir.

İmam Sadiq (ə) buyurur: "Əbuzər Peyğəmbərdən (s) soruşur ki, sizə nazil olan ayələr içərisində hansı ayə başqalarından daha üstündür?".

Həzrət (s) buyurur: "Ayətul-kürsü"". Həmçinin İmam Əli (ə) buyurur: "Dəfələrlə eşitmişəm ki, Həzrət Rəsul (s) buyurur: "Quran kəlamlarının seyyidi - Quranın bütün kəlamlarıdır. Bütün Quranın ağası mübarək "Bəqərə" surəsidir.

"Bəqərə" surəsinin ağası və Quran maarifi "Ayətul-kürsüdür". Peyğəmbər (s) bu hədisin sonunda İmam Əliyə (ə) buyurur: "Ya Əli! "Ayətul-kürsüdə" 50 kəlmə vardır. Onun hər kəlməsində bərəkət vardır".

Başqa bir hədisdə Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, hansı ayə Quran ayələri içərisində böyükdür. "Ayətul-kürsü"nü oxumağa başlayır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: "Hər bir şeyin zirvəsi və qalası vardır ki, Quranın zirvəsi "Ayətul-kürsü"dür.

Əlbəttə, "Ayətul-kürsü"nün tövhidi olması çox mühümdür. "Ayətul-kürsü"də Allahın gözəl adları: "Həyy, Qəyyum, Əla, Əzim" zikr edilmişdir.