“Qardaş ölkə dilbəri” Cemin xəyanətindən danışdı


Şou-biznes 16 May 2022 19:52:00 129 0

“Qardaş ölkə dilbəri”  Cemin xəyanətindən danışdı

Müğənni İrem Derici keçmiş sevgilisi Cem Belevinin xəyanəti haqda açıqlama verib.

Son.az olay-a istinadən xəbər verir ki, konsertdən əvvəl jurnalistlərin sualalrını cavablandıran sənətçi bu haqda çox danışmaq istəmədiyini deyib:

"Bu mövzunu davam etdirmək istəmirəm. Ailəmin və dostlarımın istəyi ilə paylaşım etmirəm. Daha susmaq lazımdır. Qarşı tərəfə də, mənə də mikrofon özümüzlə bağlı uzadılsın. İndi ədəbiyyatdan danışsaq... Özünün ədəbi əsəri ortaya çıxdı. Qardaş ölkə dilbəri, qonşu qızı, insanları aldatmaq kimi əsərləri var. Hamısı oxunur da. Ədəbiyyatdan danışırıqsa, bunları deyək. Qəlbi təmiz tutub, irəliləmək lazımdır. "Sevgiyə küsmüsən" deyə soruşmayın. Bir insanın pisliyini bütün kişilərə atmaq olmaz".

Qeyd edək ki, Cemin İremi azərbaycanlı model Nərgiz Nəsurullayeva ilə aldatdığı iddia olunmuşdu. Bundan sonra Cem açıqlama verərək xəbəri yalanlamış, İremin məzlum ədəbiyyatı etdiyini söyləmişdi.