Putin MDByə KTMTdə müşahidəçi statusu verilməsini təklif etdi


Digərləri 16 May 2022 16:30:00 113 0

Putin MDByə KTMTdə müşahidəçi statusu verilməsini təklif etdi

Rusiya prezidenti Vladimir Putin MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu verilməsini təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, bu sözləri KTMT-nin Moskvada keçirilən sammitində deyib.

"Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsu uyğun olardı. Biz bu məsələni müzakirə etməliyik", - deyə o bildirib.