Ukraynada müharibə cinayəti, Azərbaycanda isə...


Siyasət 16 May 2022 14:43:00 113 0

Ukraynada müharibə cinayəti, Azərbaycanda isə...

Bəlli olduğu kimi, martın ortalarında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb. Əsas məqsəd da Rusiya qoşunlarının hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməsi haqda ittihamları araşdırmaqdır. Bu günlərdə isə BCM-nin 40-dan artıq müstəntiqi Ukraynaya gəlib.

Bəli, kim tərəfindən törədilməsindən asılı olmayaraq hərbi cinayətlər araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.  Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Ukraynada baş verən cinayətlərin mütləq araşdırılmalı olduğunu hər kəs qəbul edir. Amma eyni zamanda, 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər və digər dinc şəhərlərin raket atəşinə məruz qalması, dinc əhali, qadın, qoca və uşaqların qətlinin də araşdırılması vacibdir. Ədalət mühakiməsi obyektiv, qərəzsiz və iki standartlardan uzaq olmalıdır. 

Təəssüf ki, Azərbaycana yanaşmada biz bunun əksinin şahidi oluruq. Ümid etmək olar ki, BCM-nin missiyası Ukraynada olduğu kimi, Azərbaycana qarşı da törədilmiş hərbi cinayətləri araşdırmaq haqda düşünəcək.

Kamran Seyidov Son.az