İntim videosu yayılan keçmiş YAPçı Əli Əliyevi məhkəməyə verdi


Digərləri 16 May 2022 14:48:00 122 0

İntim videosu yayılan keçmiş YAPçı Əli Əliyevi məhkəməyə verdi

Vətəndaş İnkişaf Partiyasının sədri, hazırda həbsdə olan Əli Əliyev yeni ittihamla məhkəməyə verilib.

Son.az lent.az-a istinadən xəbər verir ki,  onun barəsində xüsusi ittiham qaydasında şikayət edilib. Şikayətə Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatı ilə baxılacaq. Ə. Əliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub.

Onu Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşov məhkəməyə verib.

Məhkəmənin ilk iclası mayın 2-də baş tutacaq.