Bank Respublika “Yubiley Endirimi” adlı nağd kredit kampaniyasına start verib


Digərləri 16 May 2022 13:30:00 186 0

Bank Respublika “Yubiley Endirimi” adlı nağd kredit kampaniyasına start verib

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, yaranmasının 30-cu ildönümünə həsr edilmiş, xüsusi güzəştlərlə zəngin "Yubiley Endirimi" adlı nağd kredit kampaniyasına start verib.

Belə ki, iyun ayının 30-dək "Bank Respublika"ya müraciət edən istənilən peşə sahibləri nağd istehlak kreditlərini illik 14%-lə və 0% komissiya ilə götürmək imkanı əldə edəcəklər.

Hər kəsi sevindirəcək kampaniya çərçivəsində müştərilər nağd krediti "Bank Respublika"da sərfəli şərtlərlə rəsmiləşdirə biləcək:

Maksimal məbləğ - 50.000 AZN; Müddət - 48 ayadək; Güzəşt müddəti - 3 ay; Zamin - tələb olunmur; Sığorta xərci - yoxdur.

Bank Respublikadan daha öncə kredit götürən müştərilər isə, banka gəlmədən onlayn müraciət edərək krediti birbaşa kartlarına ala biləcəklər.

Kampaniyadan faydalanmaq istəyən istənilən peşə sahibləri, nağd istehlak kreditini bankın filiallarına müraciət edərək və ya bankın rəsmi saytında onlayn müraciət edərək, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə "Kredit" yazıb göndərərək asanlıqla sifariş edə bilərlər.