Bu şəhərlər atəşə tutuldu:


Dünya 16 May 2022 11:42:00 123 0

Bu şəhərlər atəşə tutuldu:

Gecə saatlarında rus əsgərləri Severodonetsk və Lisiçanskı atəşə tutublar, atəşin nəticələri dəqiqləşdirilir.

Son.az UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının jurnalistlərə təhvil verdiyi səhər saat 8:00-a olan xülasədə deyilir.

"Luqansk bölgəsi: Severodonetskin kütləvi atəşə tutulması. Lisiçansk, Privolye, Novodrujesk, Rubejnoye, Voyevodovka, Beloqorovka da artilleriya və reaktiv yaylım atəşi sistemlərindən hücuma məruz qalıb", - məlumatda deyilir.

Severodonetsk xəstəxanasının atəşə tutulması nəticəsində 2 nəfər ölüb, biri uşaq olmaqla 9 nəfər yaralanıb.

"Severodonetsk və Lisiçanskın gecə atəşə tutulub. Nəticələr barədə ətraflı məlumat dəqiqləşdirilir", - Administrasiya əlavə edib.

Aslan Məmmədov Son.az