Qərbin marionetkalarının Bakının mərkəzində növbəti


Siyasət 16 May 2022 12:03:00 127 0

Qərbin marionetkalarının Bakının mərkəzində növbəti

Çoxdandır bütün Azərbaycan havaların nə zaman isinəcəyini gözləyirdi. Amma Azərbaycanda bir qup kütlə var ki, məhz havanın mülayimliyi onlar üçün qazanc, gəlir mövsümünün başlanması deməkdir. Xeyr, söhbət nə əkinlə məşğul olan soydaşlarımızdan gedir, nə də tikinti sahəsində çalışan əli qabarlı mərd insanlarımızdan.

Söhbət daha asan qazanc hesab edilən Qərbin marionetkalarından, "5-ci kalon" üzvlərindən gedir ki, onlar üçün mülayim havaların hökm sürdüyü mövsümlər xüsusilə Qrant sezonunun başlaması anlamına gəlir. Amma onların bu "qazanc"ını heç cürə nə kənd təsərrüfatı ilə məğul olan, nə də tikinti sektorunda əlini daşın altına qoyan vətəndaşlarımızın zəhmətləri ilə müqayisə etmək fikrim var. Çünki tamamilə təzadlı fəaliyyətlərdir. 

Elə iki gün əvvəl Bakının mərkəzində növbəti aksiyada da gözlənildiyi kimi xalqına ləkə yaxan, onun uğurlarına kölgə salmaq istəyən, Ermənistandakı xaos vəziyyətin Azərbaycanda təkrarlanmamasından narahatlıq keçirən üzdəniraqlar növbəti dəfə bir araya gəldilər. Cənubi Qafqazda 44 günlük müharibədən sonra son günlər kəskinləşən Ermənistan sindromunun əsas diqqət mərkəzində olduğu bir vaxtda geniş reklama baxmayaraq, Bakıdakı aksiyada çox az sayda "əmr qulları" göründü.

Aksiya zamanı bir məqam diqqətdən yayınmadı. Yürüşdə bir qrup ictimai-siyasi fəal, qadın aktivistlər, LGBT üzvləri iştirak ediblər. İştirakçıların çoxu özlərini jurnalist kimi qələmə verən, müxtəlif rəngli gödəkcələr geyinmiş qızlar idi. Bu aksiya zamanı polisin ünvanına açıq şəkildə tərbiyəsiz və təhqiramiz şüarlara baxmayaraq ("Polis olma, adam ol", "Polislər cinayətkar, kor, laldırlar"), heç bir zorakılığa yol verilmədi.

Amma təəssüf ki, görünür, bu etirazçılar söz azadlığından danışanda daha da tərbiyəsizləşməyi nəzərdə tuturlar. Hə, öncə gələk polisin ünvanına səsləndirilən alçaldıçı ifadələrə: Aksiya iştirakçılarının çoxluğunu qadınların təşkil etdiyini nəzərə alsaq, bu cür yolverilməz şüarlarla polisi onlara qarşı daha sərt addım atmağa vadar edərək təxribata sürükləməyi planlaşdırdıqları açıq-aydın görünən həmin şəxslərin istəkləri bu dəfə də ürəklərində qaldı. Polis ünvanına səsləndirilən təhqiramiz ifadələrə baxmayaraq, çox etik və qanunlar çərçivəsində davrandı.

Aksiya iştirakçılarının məqsəd və məramını bəlli edən növbəti məsələ isə növbəti dəfə LGBT bayrağının qaldırılması idi. Hətta "Petuxlar mafiya sisteminə qarşı" kimi ədəbsiz şüarlar da oldu ki, bu şəxslər ölkəni hansı vəziyyətə sürükləmək istədiklərini yenə gizlədə bilmədilər.

Bir aksiyaya - məmləkətimin şəhidinə, milli qəhrəmanına dil uzadan, xalqımın milli-mənəvi dəyərlərinə hörmət etməyən, Qərbdən maliyələşən üzdəniraq LGBT mənsubları ön planda qabardılırsa bu, aksiyadan çox, küçədə bir neçə insanın yığışıb şüvənlik etməsidir. Şəhidini təhqir edənin dövlətin maraqlarından, siyasi məsələlərdən danışmaq haqqı yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, aksiya sosial şəbəkələrdə, həmçinin bir neçə internet TV-də, o cümlədən " Amerikanın səsi" və "Azadlıq" radiolarında bir həftə boyunca geniş təbliğ olunmasına, anons edilməsinə baxmayaraq aksiya iştirakçılarının elə də çox olmaması Vətən müharibəsindən sonra insanların tükü-tükdən daha aydın şəkildə seçdiyini, bu cür aksiyaların təxribatdan başqa bir şey olmadığını, düşmən dəyirmanına su tökmək məqsədi daşıdığını anladıqları ilə bağlı məsələni iddialıqdan çıxararaq fakt halına gətirir. Konkret desək, aksiyada iştirak edənlər hamısı bir-birini çox yaxşı tanıyan şəxslər idi.

Bu aksiyanın Qərbdən sifariş verildiyini təsdiqləyən bir məqam üzərində dayanmaq yerinə düşər: Azərbaycana ağır məğlubiyyətdən sonra regionda geosiyasi vəziyyətin Bakının diqtəsi altında formalaşdırıldığından narahat olan revanşistlər, erməni lobbisi və onların havadarları hazırda Ermənistanda baş verən genişmiqyaslı etirazlardan diqqəti yayındırmaq barədə bir xeyli baş sındırdıqları kimi görünür. Belə ki, hazırda Azərbaycanın paytaxtında bu cür aksiyaların təşkilinin əsasında duran səbəblərdən biri də, Ermənistanda Sorosun "uşaqlarının" törətdiyi özbaşınalqılardan diqqəti yayındırmaqdır. Çünki hər şey hələ Ermənistanda baş verən biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasından bəlli idi.

Mustafa Ömər Son.az