Gürcüstanda telekanal direktoru azadlıqdan məhrum edildi


Digərləri 16 May 2022 12:18:00 91 0

Gürcüstanda telekanal direktoru azadlıqdan məhrum edildi

Gürcüstanın müxalif "Mtavari Arxi" telekanalının direktoru Nika Qvaramia 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən dinləmədə hakim Qvaramiyanın məhkəmə zalında həbs edilməsinə qərar verib. Nika Qvaramiya özünü təqsirli hesab etmədiyini bildirib.

O, "Rustavi 2" telekanalının rəhbəri olduğu zaman vəzifə səlahiyyətlərindən yayım şirkətinin marağının ziddinə istifadə etməkdə və külli miqdarda mənimsəmədə ittiham edilir.