Hadisə ilin “Pomidor kraliçası” seçildi


Şou-biznes 16 May 2022 12:42:00 140 0

Hadisə ilin “Pomidor kraliçası” seçildi

Antalyanın Kumluca rayonunda keçirilən 23-cü Kənd Təsərrüfatı Festivalı çərçivəsində təşkil olunan xalq konsertində səhnəyə çıxan Hadisə daha bir "fəxri ada" layiq görülüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı ilin "Pomidor kraliçası" seçilib.

Köhnə və yeni mahnılar oxuyan Hadisə gələcəyin gənclərin əlində olduğunu deyib.

Konserti təxminən 10 min adam izləyib.