İsmayıllı bələdiyyəsinin bu qərarı sakinləri narazı salıb


Digərləri 15 May 2022 12:22:00 144 0

İsmayıllı bələdiyyəsinin bu qərarı sakinləri narazı salıb

İsmayıllı rayonunun yuxarı baş məhələsinin sakinləri dədə- baba yolu ilə hərəkət etməkdə çətinlik çəkirlər. Onlar əvvəllər rahatlıqla gedib- gəldikləri yoldan indi istifadə edə bilmirlər. Buna səbəb yolun bir hissəsinin zəbt olunmasıdır.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər iddia edirlər ki, 5-6 gündür tanımadıqları bir şəxs yeddi metr eni olan yolun kənarını borularla hasarlayıb.

Sakinlər bildirir ki, yolun eni daraldığına görə avtomobillərin hərəkəti zamanı çətinlik yaşayırlar. Belə olan halda isə yol ilə hərəkət edən piyadaların həyatı  üçün  təhlükə yaranır.

Əməkdaşlarımız məsələ ilə bağlı İsmayıllı bələdiyəsində olublar. Qurumdan məlumat verilib ki, sözügedən yer bələdiyyənin ərazisidir. Bələdiyyə balansında olan yolun kənarından 300-kv/m sahə qanunu sənədlərlə "İsmafto" MMC-yə verilib. Məqsəd  ərazidə aftomobillərin rahat park edilməsidir.

Əməkdaşlarımız sözügedən MMC-nin baş direktoru Azim Mirzəliyev ilə həmsöbət olublar. Baş direktor deyib ki, vətəndaşların iddiası həqiqətə uyğun deyil.

Məsələ ilə bağlı İsmayıllı rayon yol idarəsindən isə bildirilib ki, yol ilə bağlı bütün məsuliyyəti məhz bələdiyyə daşıyır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son.az