"NATO Ukraynanı qələbəyə qədər dəstəkləyəcək"


Dünya 15 May 2022 10:32:00 131 0

"NATO Ukraynanı qələbəyə qədər dəstəkləyəcək"

NATO ölkələri Ukrayna ordusu qalib gələnə qədər bu ölkəyə dəstək verməyə hazırdır.

Son.az "Report"a istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri İvan Korçok müttəfiq ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.

O, Rusiyanın bu müharibəni artıq siyasi baxımdan uduzduğunu vurğulayıb.

"Rusiya rəhbərliyi istədiyi nəticələrə nail ola bilmədi və öz ölkələrinin vəziyyətini xeyli pisləşdirdi", - Korçok əlavə edib.

Bundan əvvəl NATO baş katibi Yens Stoltenberq qeyd edib ki, alyans Rusiya ilə müharibədə Ukraynaya kütləvi dəstək verir, lakin münaqişə tərəfinə çevrilməyəcək.

Son.az