ABŞda son 50 illin ən pis enerji böhranı müşahidə olunur


Dünya 15 May 2022 10:10:00 139 0

ABŞda son 50 illin ən pis enerji böhranı müşahidə olunur

ABŞ son 50 illin ən ağır energetik böhranını yaşayır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Neft-qaz Assosiasiyasının prezidenti Tim Stüart bildirib.

"Biz son 50 ilin ən böyük, bəlkə də ən pis enerji böhranını yaşayırıq. Benzin və dizelin qiymətləri rekord həddə çatıb, ehtiyatlar isə minimal səviyyədədir", - o, Fox News-a deyib.

Stüart qeyd edib ki, ABŞ-ın hazırki hakimiyyət orqanları nəinki lazımi tədbirlər görmür, hətta enerji böhranını həll etmək istəyənlərə də müdaxilə edir.

"Bu administrasiyanın yaranmış vəziyyətdən çıxmağımıza kömək edəcək heç bir strategiyası yoxdur və açığını desəm, onların bütün hərəkətləri problemi həll etməyə çalışanlar üçün əks-məhsuldardır" - T.Stüart qeyd edib.