İsveç və Finlandiya PKK/YPGyə açıq şəkildə dəstək verir


Dünya 15 May 2022 09:30:00 131 0

İsveç və Finlandiya PKK/YPGyə açıq şəkildə dəstək verir

Türkiyənin NATO müttəfiqi olacaq istənilən ölkə terror təşkilatı PKK/YPG-yə dəstək verməməlidir. Bu iki ölkə isə (İsveç və Finlandiya - red.) PKK və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlamazdan əvvəl mətbuata açıqlamasında deyib.

Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin səbəbinin aydın olduğunu deyən Türkiyə XİN rəhbəri qeyd edib ki, NATO beynəlxalq təşkilat deyil, ittifaqdır.

"NATO dövlətlərin ittifaqıdır. Bundan nə nəticə çıxır? Bu, təkcə təhlükəsizlik məsələsi deyil, bütün sahələrdə, xüsusən də təhlükəsizlikə təhdid olduqda çiyin-çiyinə həmrəylik tələb edir.

Lakin İsveç və Finlandiya PKK/YPG-yə açıq şəkildə dəstək verir. Bu, xalqımızın hisslərinə mənfi təsir göstərir. Müttəfiqlər sırasına qoşulmaq istəyən ölkə hər gün bizə hücum edən, mülki vətəndaşlarımızı, hərbçilərimizi, polislərimizi öldürən terrorçulara himayədarlıq etməməlidir", - Mövlud Çavuşoğlu qeyd edib.