Azərbaycan XİN rəhbərinin müavini Argentina Senatının üzvləri ilə görüşüb FOTO


Siyasət 15 May 2022 09:22:00 140 0

Azərbaycan XİN rəhbərinin müavini Argentina Senatının üzvləri ilə görüşüb  FOTO

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 12 may 2022-ci il tarixində Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Bununla, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri başa çatıb.