Dünyanın ən kiçik hoteli: Burada qiyməti müştəri müəyyən edir FOTO


Digərləri 15 May 2022 01:22:00 119 0

Dünyanın ən kiçik hoteli: Burada qiyməti müştəri müəyyən edir  FOTO

Avstriyada qonaqlara beton boruda gecələmək təklif olunur.

Son.az "bizim.media"-ya istinadən xəbər verir ki, "hotel" drenaj borusu iki metr diametrdə və iki metr hündürlükdə olmaqla, pəncərə və qapı ilə təchiz edilib.

Otelin mebellərinə çarpayı lampası, döşək, yorğan və yataq çantası daxildir. Maraqlıdır ki, burada gecələmək istəyən hər bir kəs qiyməti özü müəyyən edir.

Qeyd edək ki, "Das Park Hotel" Avstriyanın Linz, Almaniyanın Bottrop şəhərlərində mövcuddur. 2004-cü ildə Andreas Straus tərəfindən kanalizasiya borularından yaradılan hotel otaqları 2 nəfərlikdir. Otaqlar daşınma üçün sərfəli olduğuna görə daha çox təbiət qoynunda gecələmək istəyən turistlər üçün nəzərdə tutulur.