Səhiyyə sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirildi
Digərləri 14 May 2022 20:33:00 65 0
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB səhiyyə idarəetməsi sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirib.
Son.az xəbər verir ki, qurumların yaydığı açıqlamada deyilir:
"Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti tərəfindən dünən Fərman imzalanıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılmışdır. Səhiyyənin Transformasiyası Mərkəzinin yekun hədəfi Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnunluğunun artırılmasına yönəlib.
Bu baxımdan, səhiyyə sisteminin əsas iştirakçılarının əlaqəli fəaliyyətini təmin etmək məqsədilə normativ hüquqi bazanın və idarəetmə modellərinin təkmilləşdirilərək tətbiqinə ehtiyac vardır. Mərkəz tərəfindən qarşısına qoyulan tapşırıqların icrası ilə bağlı mövcud vəziyyət, eləcə də beynəlxalq təcrübə təhlil olunaraq İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq.
Fərmanla elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Elmi-tədqiqat institutları, elmi mərkəzlər təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu müəssisələrin rolu əvəzsizdir.
Almaniyanın Nordernay adlı kiçik kurort adasındakı "Altes Brohaus"

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya Federasiyası ilə sə

Yaponiya turizm sənayesinin nümayəndələri Turizm Nazirliyini əcnəbi turis

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

1942-ci ildə hindistanlı tədqiqatçı Himalay dağlarının dərinliklərind

İsveç və Finlandiya alyansa qoşulsa, NATO-nu parçalaya bilərlər.

Əmlak ekspertinin qənaətincə, Bakı ərazisində 122 min binanın söküləc

Son.az "Kaspi"də dərc olunan məqaləni təqdim edir.

Türkiyənin İstanbul şəhərində küçədə dönmək istəyən yük maşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasın

Obyektə ''playstation'' oynamaq adı ilə daxil olur, lakin s

Rusiyanın "İnter RAO" şirkətinin törəmə müəssisəsi olan &quo

Türkiyəli fenomen Şeyma Subaşı ötən gün qızı Melisa ilə İstanbulda b
