"G7" ölkələri Şimali Koreyanı pisləyib


Dünya 14 May 2022 21:18:00 148 0

"G7" ölkələri Şimali Koreyanı pisləyib

Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın (KXDR) həyata keçirdiyi ballistik raketlərin buraxılışını pisləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şənbə günü G7-nin XİN başçılarının görüşünün yekunu üzrə yayılan yekun kommünikedə deyilir.

"Biz Şimali Koreyanın 24 mart 2022-ci ildə həyata keçirilən də daxil olmaqla davam edən ballistik raket sınaqlarını şiddətlə qınayırıq. Bu Şimali Koreyanın nüvə və raket imkanlarını daha da inkişaf etdirmək niyyətini bir daha təsdiqləyib", - bəyanatda deyilir.

G7-nin nazirləri Pxenyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nüvə proqramından, həmçinin "kütləvi qırğın silahları və raket proqramları sahəsində istənilən proqramlardan" tamamilə imtina etməyə çağırıb.