Bir cənub şəhərindən ucqar şimal kəndinə gələn gənc müəllimə REPORTAJ FOTO


Digərləri 14 May 2022 20:42:00 60 0

Bir cənub şəhərindən ucqar şimal kəndinə gələn gənc müəllimə  REPORTAJ  FOTO

Lənkəranlı gənc Zeynəb Məmmədli 5 ildir Qubada müəllimlik edir. Fədakar müəllimə qarşısına çıxan çətinliklərə baxmayaraq isti cənub şəhərindən soyuq havası ilə seçilən şimal rayonuna köçərək sevimli şagirdlərinə bilik öyrədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Zeynəb Məmmədli 1993-cü ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğurlu nəticə qazandıqdan sonra Qubanın ucqar Cimi kəndində müəllimlik fəaliyyətinə başlayıb.

Zeynəb müəllimə deyir ki, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Cimi kəndindəki uyğunlaşmaq elədə asan olmayıb. Dağlıq kənddə təbii şəraitə yanaşı, həyat şərtləri də şəhərdən çox fərqlidir.

"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 46 bal toplamışdım. Seçdiyim 8 məktəbin hamısı ucqar dağ kəndləri idi. İlk sırada yazdığım Quba rayon Vidadi Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində dərs demək hüququ qazandım. Həmin ildən bu məktəbdə çalışıram. Əvvəllər mənə çox çətin gəlirdi. Birinci dəfə kəndə gələrkən avtomobillə çayın içindən keçməyimiz yadımdadır. Amma əvvəlcədən internetdən məlumat almışdım və hansı kəndə gəldiyimi yaxşı bilirdim. Mənə demişdilər ki, çətin şəraiti olan yerə gedirsiniz. Qışda odun qırmaq lazımdır. Kənd yaxınlığında ayı, canavar kimi yırtıcı heyvanlar var. Bütün bunları öyrəndikcə Cimi kəndi mənə daha cəlbedici gəldi", - deyə Zeynəb Məmmədli söyləyib.

Zeynəb çətinliklərdən qorxmadan fəaliyyətə başlayıb. Məktəbdə qısa müddətdə şagirdlərin sevimlisinə çevrilən gənc pedaqoq kreativ yanaşmaları və innovativ ideyaları ilə də özündən söz etdirməyi bacarıb: "Buradakı şagirdlərin ixtisas müəllimlərinə ehtiyacı var. Düzdür, ucqar kənddə dərs demək asan deyil. Amma uşaqların üzündəki sevinci, onların biliklərə yiyələndiyini görəndə çətinlikləri unuduram. Müəllimlik tək tədris prosesindən ibarət deyil. Müəllim şagirdlərini yaxından tanımalıdır. Onların dərsdən sonrakı fəaliyyətləri ilə maraqlanmaq lazımdır. Mən burada işlədiyim müddətdə demək olar ki, şagirdlərimin hər birinin evinə gedib, ailəsi ilə yaxından tanış olmuşam. Hər bir şagirdin xarakterini bilirəm".

Gənc müəllimə dərsdən sonra məişət işləri ilə də məşğul olur. Kənddə tək yaşadığından bulaqdan su gətirmək, yemək hazırlamaq, ev işlərini görmək də onun öhdəsinə düşür. Boş vaxtlarında isə ixtisası üzrə biliklərini daha da təkmilləşdirməyə çalışır.

"Bəzən elə olur şagirdlər ev tapşırıqlarını həll edə bilməyəndə evimə gəlirlər. Məsələləri birlikdə həll edirik. Onlara dərsləri izah edirəm", - deyən gənc müəllimə müxtəlif qrant layihələri də hazırlayır. Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi"nin qalibi də olub. Bununla yanaşı, növbəti qrant müsabiqəsinə də müraciət edib. Lənkəranlı müəllimə və şagirdləri "STEAM Azerbaijan" Festivalında da iştirak ediblər.

Səhiyyə sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirildi like
  • 14 May 20:33  
Digərləri Səhiyyə sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirildi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏB

arrow Ətraflı
Alman sahibkarlar arzuedilməz siyasətçilərə qarşı sanksiyalar tətbiq edirlər like
  • 14 May 20:24  
Dünya Alman sahibkarlar arzuedilməz siyasətçilərə qarşı sanksiyalar tətbiq edirlər

Almaniyanın Nordernay adlı kiçik kurort adasındakı "Altes Brohaus"

arrow Ətraflı
Ukrayna ordusu Rusiya ilə sərhəd yaxınlığında yaşayış məntəqəsini azad edib like
  • 14 May 20:15  
Dünya Ukrayna ordusu Rusiya ilə sərhəd yaxınlığında yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya Federasiyası ilə sə

arrow Ətraflı
Əməkdar rəssama qarşı like
  • 14 May 20:06  
Kriminal Əməkdar rəssama qarşı

Əməkdar rəssam Yelena Haqverdiyeva dələduzluğa məruz qalıb.

arrow Ətraflı
Yaponiya hökumətinə çağırış edilib like
  • 14 May 19:57  
Dünya Yaponiya hökumətinə çağırış edilib

Yaponiya turizm sənayesinin nümayəndələri Turizm Nazirliyini əcnəbi turis

arrow Ətraflı
Bakıda polkovnikleytenant iş başında öldü like
  • 14 May 19:48  
Digərləri Bakıda polkovnikleytenant iş başında öldü

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

arrow Ətraflı
Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri  FOTO like
  • 14 May 19:30  
Digərləri Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri FOTO

1942-ci ildə hindistanlı tədqiqatçı Himalay dağlarının dərinliklərind

arrow Ətraflı
Bu ölkələr NATOnu parçalaya bilər  Şxaqoşev like
  • 14 May 19:22  
Dünya Bu ölkələr NATOnu parçalaya bilər Şxaqoşev

İsveç və Finlandiya alyansa qoşulsa, NATO-nu parçalaya bilərlər.

arrow Ətraflı
Paytaxtda gözlənilən böyük söküntü like
  • 14 May 19:15  
Digərləri Paytaxtda gözlənilən böyük söküntü

Əmlak ekspertinin qənaətincə, Bakı ərazisində 122 min binanın söküləc

arrow Ətraflı
“Greencard” sizi ev və işlə təmin etmir… like
  • 14 May 19:07  
Digərləri “Greencard” sizi ev və işlə təmin etmir…

Son.az "Kaspi"də dərc olunan məqaləni təqdim edir.

arrow Ətraflı
Ana və azyaşlı övladları son anda ölümdən qurtuldular  anbaan VİDEO like
  • 14 May 19:00  
Digərləri Ana və azyaşlı övladları son anda ölümdən qurtuldular anbaan VİDEO

Türkiyənin İstanbul şəhərində küçədə dönmək istəyən yük maşın

arrow Ətraflı
Bakıda qeyriadi oğurluq: oyun aparatını ağlagəlməz üsulla apardı  VİDEO like
  • 14 May 18:45  
Digərləri Bakıda qeyriadi oğurluq: oyun aparatını ağlagəlməz üsulla apardı VİDEO

Obyektə  ''playstation'' oynamaq adı ilə daxil olur, lakin s

arrow Ətraflı
Rusiya Finlandiyanın "işığını kəsdi" like
  • 14 May 18:37  
Dünya Rusiya Finlandiyanın "işığını kəsdi"

Rusiyanın "İnter RAO" şirkətinin törəmə müəssisəsi olan &quo

arrow Ətraflı