Rusiya Finlandiyanın "işığını kəsdi"


Dünya 14 May 2022 18:37:00 119 0

Rusiya Finlandiyanın "işığını kəsdi"

Rusiyanın "İnter RAO" şirkətinin törəmə müəssisəsi olan "RAO Nordic" Finlandiyaya elektrik enerjisi nəqlini dayandırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "Fingrid" elektrik şəbəkə şirkətinin rəsmisi Timo Kaukonen bildirib.

Qeyd olunub ki, Rusiyadan Finlandiyaya elektrik enerjisi nəqli bu gün gecə yarısından etibarən dayanıb.