RizeArtvin Hava Limanının açılış mərasimində Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub


Siyasət 14 May 2022 18:57:00 128 0

RizeArtvin Hava Limanının açılış mərasimində Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsildi.