Yumurta yenə bahalaşacaq? ARAŞDIRMA


Digərləri 14 May 2022 17:30:00 71 0

Yumurta yenə bahalaşacaq?  ARAŞDIRMA

Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın tələbi isə 1,7-1,8 milyard ədəddir. 

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır. Sənədlər qaydasına salındıqdan sonra Rusiyaya yumurta ixrac edəcəyik. Bəs bu ixracdan qazancımız nə olacaq? Bir müddət öncə yumurtanın qiymətləri yüksək idi. "Kənd" yumurtası 30 qəpik, "şəhər" yumurtasının qiymətləri 18-20 qəpik arasında dəyişirdi. Hazırda isə marketlərdə broyler yumurtası 11-12 qəpiyə satılır. Bəs Rusiyaya yumurta ixracı yerli bazara təsir edəcəkmi? Ümumiyyətlə, ixrac üçün potensial varmı?

"Onlara veriləcək yumurta artıqlaması ilə var"

Son.az xəbər verir ki, "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli "Kaspi"yə açıqlamasında bildirir ki,  yumurta ilə bağlı heç bir problemimiz yoxdur: "Azərbaycanda süfrə yumurtasına gündəlik tələbat, təxminən 3 milyon 600 min ədəddir. Bundan 20-30 faiz də artıq istehsal edirik. Təxmini 5,2-5,3 milyon civarında istehsalımız var. Rusiyanın iri market şəbəkələri isə illik 6 milyon 800 min yumurta istəyir. Əgər müqavilə bağlanarsa, onlara veriləcək yumurta artıqlaması ilə var".

"Anbarlarda 45 milyon yumurta qalıb"

Mütəxəssis vurğulayır ki, Azərbaycanda anbarlarda 45 milyon yumurta qalıb: "Bu gün üçün bizim anbarlarda daxili tələbatdan artıq 45 milyona yaxın yumurta yığılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla artıq yumurta istehsalı qeydə alınmaqdadır. Yumurtaya tələbat olsa, daha çox istehsal edə bilərlər. Biz maksimum şəkildə çalışırıq ki, bazardakı artıq yumurtanı ixrac edək. Həm süfrə yumurtasının ixrac qabiliyyəti artsın, həm də bu sahədə bazarda ümumi tələb-təklif formalaşdıra bilək". 

Xaricdən yumurta ilə gələn valyuta...

Həmsöhbətimizin sözlərinə görə, bu gün bazarda təklif çox, tələb az olduğu üçün yumurtanın qiyməti maya dəyərindən də xeyli aşağı satılır: "Yəni maya dəyəri 15-17 qəpiyə olan yumurtanı bu gün pərakəndə şəkildə 8-9 qəpiyə satırlar. Yarı qiymətindən də aşağıdır. Marketlərdə yumurta 12-13 qəpiyə satılır. Maya dəyərindən aşağı satıldıqda istehsalçı şirkətlər də ziyana gedir və bu da onların fəaliyyətini dayandırmasına gətirib çıxarır. Yaxın gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) köməkliyi ilə ixrac qabiliyyətimizi artıra bilsək, həm istehsalçıların vəziyyəti yaxşılaşar, həm də xaricdən gələn valyuta aldıqları yem üçün yeni pul mənbəyi yaradar".

"Bazarda rəqabət çoxdur"

Yumurtanın daxili bazarda bahalaşma ehtimalına gəldikdə isə müsahibimiz vurğulayır ki, yumurta ixracı daxili bazarlarda qiymətlərə təsir etməyəcək: "Daxili bazarlarda qiymətə təsir etmədən ixrac edə bilərik. Çünki bazarda ciddi istehsal olduğu üçün rəqabət də çoxdur. Yumurta qıtlığı olmadığından, qiymətlərə heç bir təsiri olmayacaq".

İşsiz qalan azərbaycanlı model: "CV göndərdim, baxan olmadı"  FOTO like
  • 14 May 17:22  
Şou-biznes İşsiz qalan azərbaycanlı model: "CV göndərdim, baxan olmadı" FOTO

Azərbaycanlı model Rüstəm Cəbrayılov uzun müddətdir işsizdir.

arrow Ətraflı
Bayden yenə öz vəzifəsi ilə Kamalanınkını qarışdırdı  VİDEO like
  • 14 May 17:15  
Dünya Bayden yenə öz vəzifəsi ilə Kamalanınkını qarışdırdı VİDEO

ABŞ Prezidenti Co Bayden növbəti dəfə səhvən ölkənin vitse-prezidenti K

arrow Ətraflı
27 minə yaxın Ukrayna vətəndaşı Belarusa gedib like
  • 14 May 17:07  
Dünya 27 minə yaxın Ukrayna vətəndaşı Belarusa gedib

Belarus Dövlət Sərhəd Komitəsi fevralın 24-dən bu yana 27 minə yaxın Uk

arrow Ətraflı
“Atam dedi ki, mənə silah ver”  Şəhid qızından tükürpədən sözlər  VİDEO like
  • 14 May 16:52  
Digərləri “Atam dedi ki, mənə silah ver” Şəhid qızından tükürpədən sözlər VİDEO

ATV-nin "Bizimləsən" proqramının növbəti buraxılışında Milli

arrow Ətraflı
Bakı Musiqi Akademiyasının tələbələrindən böyük uğur  FOTO like
  • 14 May 16:48  
Kriminal Bakı Musiqi Akademiyasının tələbələrindən böyük uğur FOTO

Türkiyədə X beynəlxalq "Harmony" müsabiqəsində Bakı Musiqi Aka

arrow Ətraflı
İlham Əliyev: İkinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin ortaq şanlı tarixidir like
  • 14 May 16:38  
Siyasət İlham Əliyev: İkinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin ortaq şanlı tarixidir

İkinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin ortaq şanlı tarixid

arrow Ətraflı
Hindistan taxıl ixracını dayandırdı like
  • 14 May 16:37  
Digərləri Hindistan taxıl ixracını dayandırdı

Bu gündən Hindistanda taxıl ixracını qadağan edən qərar qüvvəyə minib

arrow Ətraflı
Peyvənd olunanların sayı açıqlanıb like
  • 14 May 16:35  
Digərləri Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3324 vaksin vurulub.

arrow Ətraflı
Son sutkada 4 nəfər yoluxdu like
  • 14 May 16:33  
Digərləri Son sutkada 4 nəfər yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxm

arrow Ətraflı
Prezident: Azərbaycan və Türkiyə hər zaman bir yerdədir like
  • 14 May 16:31  
Siyasət Prezident: Azərbaycan və Türkiyə hər zaman bir yerdədir

Azərbaycan və Türkiyə hər zaman bir yerdədir.

arrow Ətraflı
Aktrisa keçmiş millət vəkilinin tənqidinə bu FOTO ilə cavab verdi like
  • 14 May 16:30  
Şou-biznes Aktrisa keçmiş millət vəkilinin tənqidinə bu FOTO ilə cavab verdi

Türkiyəli aktrisa Melis Sezen MHP-nin (Milliyetçi Hareket Partisi) keçmiş m

arrow Ətraflı
İlham Əliyev: Ərdoğanın Qarabağ müharibəsi zamanı bu sözü deməsi bir çoxlarına ciddi mesaj oldu like
  • 14 May 16:28  
Siyasət İlham Əliyev: Ərdoğanın Qarabağ müharibəsi zamanı bu sözü deməsi bir çoxlarına ciddi mesaj oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ müharibəsi zamanı A

arrow Ətraflı
Prezident: Türkiyə bu gün böyük güc mərkəzinə çevirilib like
  • 14 May 16:26  
Siyasət Prezident: Türkiyə bu gün böyük güc mərkəzinə çevirilib

Türkiyə bu gün böyük güc mərkəzinə çevirilib.

arrow Ətraflı